Xəbər lenti

Bu Agentliyə yeni qanuni təmsilçisi təyin edildi
Ölkə 19:38 13.02.2026

Bu Agentliyə yeni qanuni təmsilçisi təyin edildi

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni qanuni təmsilçisi təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, Baxşıyev Fərid Zavur oğlu sözügedən qurumun qanuni təmsilçisi seçilib. 

Qeyd edək ki, o, bundan əvvəl "Ekvita" şirkətinin İdarəetmə Konsaltinq üzrə partnyoru vəzifəsində çalışıb. 

Maliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyinatı yoxdur. 

Xatırladaq ki, ötən ilin dekabr ayında Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb. 

Aydın
--> -->