Xəbər lenti

Azalan doğum nisbətinə qarşı tədbir: 250 avro və faizsiz mənzil krediti
Dünya 19:05 13.02.2026

Azalan doğum nisbətinə qarşı tədbir: 250 avro və faizsiz mənzil krediti

Fransada son illərdə sürətlə azalan doğum səviyyəsi siyasətin əsas gündəm mövzusuna çevrilib. Əhali artımındakı kəskin azalmanı nəzərə alan Fransa parlamentininn xüsusi komissiyası geniş bir hesabat yayımlayaraq diqqət çəkən yeni bir təklif təqdim edib.

Qaynarinfo xəbər verir ki, hesabatda mövcud ailə yardımı sisteminin artıq məqsədə xidmət etmədiyi və əhali artımındakı azalmanı dayandıra bilmədiyi vurğulanıb. Bu çərçivədə köklü dəyişiklik təklifi irəli sürülüb: "Versement Familial Unique – VFU".

Təklif edilən yeni sistemə görə, gəlir şərti aranmadan və uşaq sayına və ya yaşına baxılmadan ilk uşaqdan başlayaraq hər ailəyə aylıq 250 avro ödənilməsi nəzərdə tutulur. Bundan əlavə, ailələrə faizsiz mənzil krediti kimi müxtəlif maliyyə üstünlükləri də təqdim olunacaq.

Hesabatda xüsusilə aşağı və orta gəlirli ailələrin yüksələn həyat xərcləri səbəbindən uşaq sahibi olma qərarını təxirə saldığı qeyd olunur. Yeni modelin iqtisadi narahatlıqları azaltmaqla doğum nisbətlərində artım təmin etməsi hədəflənir.

"Euronews"un məlumatına görə, reform mövcud klassik ailə yardımlarını, dövlət işçilərinə verilən əlavə ailə ödənişlərini və mənzil yardımlarından biri olan ALF-i tək bir sistem altında toplamağı nəzərdə tutur. Beləliklə həm daha sadə, həm də hər kəs üçün bərabər bir struktur yaradılması planlaşdırılır.

Hesabat hələ qanuni qərar xarakteri daşımır və birbaşa Məclisə təqdim edilib. Lakin ekspertlər bunu hökumətin yaxın aylarda konkret addımlar ata biləcəyinin güclü işarəsi kimi qiymətləndirir.

Fransada demoqrafik azalmanın qarşısını almaq üçün atılacaq addımların yalnız sosial siyasətləri deyil, ölkənin uzunmüddətli iqtisadi və ictimai gələcəyini də birbaşa təsir edəcəyi gözlənilir.

Aydın
--> -->