Yüz minlərlə insanın həyatına son qoyan və milyonlarla insanı evlərini tərk etməyə məcbur edən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı Avropanı sarsıdıb. Qitə ölkələri iqtisadi siyasətə, müdafiəyə və Rusiya ilə münasibətlərə yanaşmalarını yenidən nəzərdən keçirməyə məcbur olublar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" geniş analitik materialında yazır.
İqtisadi transformasiya
Müharibə Rusiya təbii qazına çıxışın itirilməsi səbəbindən enerji xərclərinin kəskin artmasına gətirib çıxarıb ki, bu da kimya sənayesi kimi enerji tutumlu sahələrə ciddi zərbə vurub. Avropa yeni infrastruktur quraraq və resurs axınlarını yenidən istiqamətləndirərək alternativlər axtarmağa başlayıb.
Soyuq müharibədən sağ çıxmış Rusiya ilə ticarət əlaqələrinin müharibədən əvvəlki səviyyəyə qayıtması isə çətin görünür.
"Bu artıq mənfəət norması və ya investisiyaların azaldılması məsələsi deyil. Bu, sadəcə sağ qalmaq məsələsidir", deyə "SKW Stickstoffwerke Piesteritz GmbH" idarə heyətinin sədri Peter Zingr bildirib.
Müdafiə siyasətində transformasiya
Avropa "müdafiə rejiminə” keçərək silahlanmaya xərcləri artırdı və onilliklər boyu zəifləyən ordularını yenidən qurmağa başlayıb. NATO üzvləri müdafiəyə ÜDM-in 5%-ni xərcləmək barədə razılığa gəliblər, Finlandiya və İsveç isə neytrallıqdan imtina edərək alyansa qoşulublar. Almaniya rekord həcmdə – 50 milyard avroluq müqavilələri təsdiqləməklə və hərbi xidməti bərpa etməklə əsas oyunçuya çevrilib.
"Ən böyük dəyişiklik odur ki, Avropa oyandı və geniş miqyasda müdafiə rejiminə keçdi”, deyə texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə Aİ-nin icraçı vitse-prezidenti Henna Virkkunen bildirib.
Rusiyaya münasibətdə transformasiya
Rusiyanı tərəfdaş kimi görən əvvəlki illüziyalar dağılıb: Avropa onu aqressiyaya hazır imperiya layihəsi kimi qəbul edib. Polşa və Baltik ölkələri kimi Aİ-nin şərq üzvlərinin xəbərdarlıqları daha ciddi qəbul olunmağa başlayıb, Moskvanın hibrid hücumları isə qorxuları gücləndirib. Müharibə göstərib ki, Rusiya məğlubedilməz deyil, lakin onunla qarşıdurmaya hazır olmaq lazımdır.
"Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsidir və o, imperiya yönümlü ekspansionist layihə olaraq qalır”, deyə NATO-nun keçmiş sözçüsü Oana Lungesku bildirib.
Aydın
Şərhlər