Bunu Qaynar.info-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Fransa parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna qanunsuz səfər etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər birmənalı şəkildə iki ölkə arasındakı münaqişənin həllinə mənfi təsir göstərir: “Təbii ki, bu, Azərbaycan cəmiyyətində həmin millət vəkillərinə və onların təmsil etdiyi quruma etimadın azalmasına gətirib çıxarır. Biz dəfələrlə Fransa Parlamentinin, Senatının, Nümayəndələr Palatasının yüksək səviyyəli bəyanatlarını eşitmişik. Hər zaman onların bəyanatları açıq şəkildə səsləndirilir. Çünki həmin qurumlar ayrı-ayrı deputatların mövqeyini əks etdirmir. Onların mövqeyi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında dayanıb. Bu, ayrı-ayrı deputatların yanaşmasıdır. Amma həmin deputatların da yanaşması gərək bir alət, oyuncaq kimi görünməsin. Çünki bunlar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə özlərinin həqiqətəndə erməni icmasının əlində oyuncağa çevrildiyini göstərir. Təbii ki, deputatların bu cür addımı birmənalı şəkildə onların qərəzliliyini sübut edir”.
E.Abdullayev məsələ ilə bağlı Azərbaycan tərəfindən atılan addımlarla bağlı mətbuata geniş məlumat veriləcək.
Şərhlər