Xəbər lenti

Bu balıq 1.7 milyon dollara satıldı
Dünya 23:28 05.01.2013

Bu balıq 1.7 milyon dollara satıldı

Yaponiyanın paytaxtı Tokiyoda 222 kilo ağırlığındakı mavi üzgəcli tuna balığı 1.76 milyon dollara satılıb.

Qaynar.info-nun “Huffington post”-a istinadən verdiyi xəbərə görə, ölkənin şimal-şərqindən tutulan balıq Tokiyonun Tsukidzi balıq bazarında keçirilən ilin ilk hərracında satılıb.

Balığın yumşaq çəhrayı və qırmızı rəngli əti əsasən suşi və saşimi hazırlamaqda istifadə edilir.  Builki hərracda 222 kiloluq tuna balığını “Kiyomura” suşi restoranlar zəncirinin prezidenti Kiyoşi Kimura satın alıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->