Siyasət 19:53 14.07.2020

"Bu bir şansdır, bundan istifadə edib torpaqlarımızı almalıyıq" - Partiya sədri

"Biz qərarlı surətdə torpaqlarımızı işğaldan azad etməli, döyüşü davam etdirməli, Qarabağ, Naxçıvan istiqamətində də düşmənin üstünə yeriməliyik". 

Bunu Qaynarinfo-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. Partiya sədri cəbhə bölgəsində vəziyyətin doğrudan da gərgin olduğunu bildirib: 

"Təbii ki, müharibə olanda şəhidlərimiz də olacaq. Düşmən tərəfdən də canlı qüvvə və texnika sahəsində ciddi itkilər var. İllərlə dünyanın yalançı sülh vədinə inana bilmərik. Bu bir şansdır və biz bundan istifadə etməli, ərazi bütövlüyümüzü bərpa etməliyik". 

Partiya sədri hesab edir ki, ölkənin iqtidarı da, müxalifəti də bu yöndə birgə fəaliyyət göstərməlidir:

"Ermənistanın yüz problemi var, amma işğalçılıq siyasətindən əl çəkmir. Düşmənə güzəştə getdikcə onun iddialarının sayı artır. Bizim güzəşt yerimiz yoxdur. Dövlət, millət olaraq hərbi yolla ərazilərimizi düşməndən azad etməliyik".

Bahar Rüstəmli