Microsoft şirkətinin Pekində yerləşən tədqiqatçıları "Xiaoice" adlı "çat-bot"a (chat-bot - yazılı və ya audio formasında mətnlərlə ünsiyyət qura bilən kompüter proqramı) şeir yazmağı öyrədib.
Qaynarinfo hi-news-a istinadən xəbər verir ki, Çinin mikrobloqqinq saytı "Weibo" tərəfindən uzun müddətdir istifadə edilən bot şəkillər əsasında şeirlər yaza bilir. "Çat-bot" bu günə qədər 12 milyon şeir yazmağa müvəffəq olub.
Qeyd edək ki, "Xiaoice" istifadəçiləri şeirlərin kifayət qədər keyfiyyətli alındığını bildirir.
"Çat-bot"dan hazırda ancaq Çində istifadə etmək mümkündür.
Gülşən
Şərhlər