Xəbər lenti

Bu da Samsung Galaxy S5 - FOTO
Ekonomiks 15:45 29.08.2013

Bu da Samsung Galaxy S5 - FOTO

Cənubi Koreyanın Samsung korporasiyası Samsung Galaxy smartfonlar seriyasının yeni modelini hazırlayıb.

Milli.Az bildirir ki, Samsung Galaxy S5 adlanacaq smartfonda görüntünün optik stabilləşdirməsi (OİS) sistemli 16 meqapiksellik kamera olacaq.

2014-cü ilin yanvar ayında rəsmən təqdim ediləcək yeni smartfon bu minvalla Nokia Lumia 920 və Nokia Lumia 1020 smartfonlarını üstələyəcək.

Samsung Galaxy S5-in prosessorunun sürəti artırılacaq, videoyaddaş və operativ yaddaşları da gücləndiriləcək.

Smartfonun fotoservis və sosial şəbəkələrə daha dərindən inteqrasiya olunacağı bildirilir.

Eyni zamanda, Samsung Galaxy S5-in akkumulyatorunun tutumunun da çoxalacağı vurğulanır.

Sentyabrın 4-də isə Samsung Galaxy Note III barədə ilk rəsmi açıqlama veriləcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->