Bu Dairə Seçki Komissiyası buraxıla bilər

Bu Dairə Seçki Komissiyası buraxıla bilər

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 57 saylı Kürdəmir Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kamal Səlimovun müraciətinə baxılıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, qanunvericiliyin tələbinə zidd olaraq namizədin müraciətinə 57 saylı Dairə Seçki Komissiyasında (DSK) baxılmayıb.

Buna görə də MSK müraciətin müvafiq qaydada DSK-ya göndərilməsinə qərar verilib.

Q. Orucov eyni zamanda DSK tərəfindən namizədin müraciətinə baxılmamasına da gələcəkdə MSK-nın qiymət verməsini zəruri sayıb.

MSK sədri Məzahir Pənahov DSK üçün belə bir halı yolverilməz sayıb və həmin DSK-nın gələcəkdə buraxıla biləcəyini söyləyib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR