Bu gün Bakının Binəqədi, eləcə də Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrinə içməli suyun verilməsinə məhdudiyyət olacaq.
Bu barədə "Azərsu” ASC-dən bildirilib.
Məlumatda deyilir ki, suyun kəsilməsi magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Şərhlər