Xəbər lenti

Siyasət 14:05 18.10.2021

Beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçirilir (YENİLƏNİB)

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb.  

Qaynarinfo xəbər verir ki, açıq dinləmələr 2 gün davam edəcək. 

COVID-19 pandemiyası səbəbindən dinləmələr videofarmatda keçirilir. Bəzi məhkəmə üzvləri şəxsən Böyük ədalət zalında keçirilən dinləmələrdə iştirak etsələr də, bəzi üzvlər videoəlaqə vasitəsilə qoşulublar. 

Tərəflərin nüçmayəndələri də şəxslən və ya viddeoəlaqə vasitəsilə dinləmələrə qoşulublar.
 
09:28 

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Dinləmə yerli saatla 12.00-da bu səhifədən canlı yayımlanacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->