Bu gün Elçibəyin oğlunun toyudur

Bu gün Elçibəyin oğlunun toyudur

Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin toyudur.

Qaynarinfo xəbər verir ki, Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

İyulun 22-də Naxçıvanda qız toyu olub. Bu gün Bakıda oğlan toyu keçiriləcək.

Ə.Əliyev hazırda Fövqəladə Hallar Nazirliyində işləyir. O, bundan əvvəl saytımıza açıqlamasında bildirib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu toyuna dəvət edib. Ancaq mərhum prezidentin oğlu atasının silahdaşı olmuş cəbhəçiləri toyuna çağırmayıb.

Xatırladaq ki, Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyində çalışır. /Modern.az

 
XƏBƏRLƏR
BLOGLAR
X