Xəbər lenti

Bu gün Milanda Qarabağ məsələsi müzakirə olunacaq
Siyasət 10:18 05.12.2018

Bu gün Milanda Qarabağ məsələsi müzakirə olunacaq

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan bu gün Milanda görüşəcəklər.

Qaynarinfo report-a istinadən xəbər verir ki, görüş sabah Milanda açılacaq ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası çərçivəsində keçiriləcək.

Xatırladaq ki, dünən E.Məmmədyarov ATƏT XİNŞ iclasında iştirak etmək üçün İtaliyaya yola düşüb.

E.Məmmədyarov və Z.Mnatsakanyan arasındakı görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->