Siyasət 09:47 23.05.2020

Bu gün Naxçıvan öz Baş nazirini seçəcək

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, sessiyanın gündəliyinə üç məsələ daxil edilib.

Həmin məsələlər sırasına Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi daxildir.