Video 13:11 25.10.2021

Bu gün Sevdanın toyudur (VİDEO)

Bu gün müğənni Sevda Yahyayeva ilə ixtisasca həkim olan Zakir Bayramovun toyudur.

Qaynarinfo xəbər verir ki, bu barədə müğənni özünün "Instagram” səhifəsində məlumat paylaşıb.

"Dostlar, sabah 25 oktyabr bizim toy günümüzdür. Allah arzusunda olan bütün qızlara gəlinlik qismət etsin. Bu isə mənim toy dəvətnaməm idi. İstədim ki, yadigar olaraq burada qalsın”.