Xəbər lenti

Bu həbsxanada hər məhkuma ildə 900 min dollar xərclənir
Dünya 13:37 04.05.2013

Bu həbsxanada hər məhkuma ildə 900 min dollar xərclənir

Quantanamo dünyanın ən bahalı həbsxanası elan edilib. 

Musavat.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, bu həbsxanada hər məhkuma il ərzində 900 min dollara yaxın vəsait xərclənir.

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, belə xərc mənasızdır və həbsxananın bağlanması üçün səbəblərdən biri də budur: "Sadəcə olaraq, astronomik rəqəmdir. Xüsusilə, başqa həbsxanalarla müqayisə etdikdə".

KİV-in məlumatına görə, ABŞ ərazisində ən təhlükəsiz həbsxanada bir məhkumun saxlanılması ildə 60 min dollara başa gəlir.

Aprelin sonunda Quantanamodakı məhkumlar 2/3-si aclıq elan ediblər. Onlar azadlıqdan məhrumetmə müddətlərinin qeyri-müəyyənlərinə və saxlanma şəraitinə etiraz edirlər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->