"Sony" şirkəti 10 il fasilə verdiyi layihəyə yenidən qayıdıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şirkət süni intellektə sahib, it kimi görünən, davranan, sahibi və ətrafı ilə ünsiyyətə girməyi bacaran "AIBO" robotlarının istehsalına başlayıb.
Bala it formasında olan bu robotlar yanvar ayından etibarən satışa çıxarılacaq və qiyməti 1740 dollar olacaq.
İstehsalına ilk dəfə 1999-cu ildə start verilən robotlar 7 il müddətində istehsal edilmiş və 150 min ədəd satış həyata keçirilmişdi. İt yeni texnologiya sayəsində daha aktiv hərəkət edə bilir.
Qeyd edək ki, robot it hansısa vəzifəni icra etmir və əyləncə məqsədilə istehsal edilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər