Xəbər lenti

Bu ölkə elanla kəşfiyyat naziri axtarır
Dünya 14:51 13.12.2013

Bu ölkə elanla kəşfiyyat naziri axtarır


Baş qərargah rəisini qəzetlərə verdiyi elanla tapan Danimarka, eyni üsulla kəşfiyyat rəisi axtarışına çıxıb.

Qaynar.info
xəbər verir ki, bir müddət əvvəl qalmaqallar səbəbindən istefa verən ölkənin kəşfiyyat idarəsinin rəhbəri Yakob Şarfın yerinə adam təyin etmək üçün qəzetlərə elan verən Danimarka Ədliyyə Nazirlyi müəyyən şərtlər də irəli sürüb.

Tələblərə görə, kəşfiyyat rəisi olmaq üçün strategiya, təşkilatçılıq, daxili və xarici əlaqə qurmaq qabiliyyəti olan hər kəs müraciət edə bilər.  Elana görə, kəşfiyyat rəisi olmaq üçün ali təhsil şərt deyil.

Kəşfiyyat rəisinin maaşı da müəyyənləşdirilib - ildə 659 min Danimarka kronu.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->