Xəbər lenti

Bu ölkə rəhbəri 15-ci dəfə evlənir
Dünya 11:49 17.09.2013

Bu ölkə rəhbəri 15-ci dəfə evlənir

Növbəti dəfə evlənməyə qərar verən Svazilend kralı III Msvati 15-ci həyat yoldaşını seçib.

Qaynar.info xəbər verir ki, sarayda nişanlı qızların gözətçisi sayılan Hlanqabeza Mdluli ənənəvi "qamış rəqsi" mərasimlərində 45 yaşlı kralın gənc model Sindisva Dlaminiyə evlənmə təklifi etdiyini bildirib.

Ölkə ənənələrinə görə, hər il gənc qızlar kralın qarşısına çıxır və "qamış rəqsi" edirlər. Əkllərində tutduqları qamışla rəqs edən qızlar bununla evlənməyə hazır olduqlarını göstərirlər.

Svazi xalqının adətlərinə görə, kral hər il bir qızla evlənə bilər. İndiyə qədər kralın təklifini rədd edən qız olmayıb. Krala yeni ərə gələn qıza bir villa, limuzin və cip hədiyyə verilir.  

Qeyd edək ki, III Msvati hələ də atasının rekordunu qıra bilmir. 1982-ci ildə 82 yaşında ölən atası Sobhuzinin 70 arvadı var idi.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->