Bu məsələdə Ermənistan müxtəlif bəhanələr gətirir... – Hərbi ekspert

Bu məsələdə Ermənistan müxtəlif bəhanələr gətirir... – Hərbi ekspert

"Təəssüflər olsun ki, Ermənistan beynəlxalq hüququ pozur və üzərinə düşən öhdəliyi yerinə yetirmir. Dünyada atəşkəs imzalananda, ərazilər boşaldılanda minalanmış xəritələr də verilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. O bu məsələdə Ermənistanın müxtəlif bəhanələr gətirdiyini vurğulayıb:

"Gah deyir, minalanmış xəritələr qondarma rejimdədir, gah da ərazilərin xəritəsinin olmadığını deyir. Qeyri-peşəkarlar mina basdıra bilməz. Mina peşəkarlar tərəfindən basdırılır və onların hər birinin xəritəsi olur. Xəritə olmasa, onların özləri minaya düşə bilər”. 
 
 
Emin Həsənli Azərbaycan dövlətinin 10 noyabrdan sonra 20-dən artıq hərbi və mülki vətəndaşını itirdiyini xatırladıb:

"Bunların hər biri ilə bağlı beynəlxalq qurumlara müraciət olunacaq. Ermənistanın Azərbaycana vurduğu maddi-mənəvi zərər hesablanır və onlardan təzminat istəniləcək. Ermənistan bununla bağlı cavab verməli olacaq. Beynəlxalq qurumların üzərinə də məsuliyyət düşür. Onlar vaxtında tədbir görsəydi, bu cür hadisələr baş verməzdi. Hələ də Ermənistanı himayə edib, ikili standartlardan çıxış edirlər, heç bir sanksiya qoymurlar. Bunların hamısı təəssüf doğurur. Ermənistanın bu günə kimi törətdiyi cinayətlərdə beynəlxalq qurumların da məsuliyyəti var. ATƏT-in həmsədr dövlətləri kimi Amerika, Rusiya, Fransa və s. ölkələrin günahları var. Bu məsələdə heç bir addım atılmır”.

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR