Ali təhsili olmayan milyarderlər eşitmişik.
Məsələn, Bill Geyts, Stiv Cobs, Mark Sukerberq və s. Universiteti biznes xatirinə atıblar. Ancaq Forbes jurnalı heç məktəbi də bitirməmiş milyarderlərin siyahısını tərtib edib.
Reytinqdə birinci yeri İspan sahibkar Amansio Orteqa- İnditex şirkətinin yaradıcısı, sərvəti 57 milyard dollar dəyərində qiymətləndirilir. Hazırda o, ZARA, Massimo Dutti, Oysho kimi brendlərin sahibi məktəbi 13 yaşında atıb.
İkinci yeri, sərvəti 31 milyard dollar dəyərində qiymətləndirilən Cheung Kong Group şirkətinin yaradıcısı Li Kaşinu tutur ki, o müəllim ailəsində doğulmasına baxmayaraq məktəbi 14 yaşında olarkən tərk edib. İlk dəfə saat üçün kəmər satmaqla məşğul olan Li, daha sonra plasmas güllər istehsal edən fabrikdə işə düzəlir və kapital yığmağa başlayır.
Üçüncü yerdə Fransua Pino, dördüncü yerdə Riçard Brenson, beşinci yerdə Co Lyuis, altıncı yerdə Kirk Kerkoryan, yeddinci yerdə səkkizinci Devid Merdok, yerdə Karl Lindner, doqquzuncu yerdə Əhməd Nazif Zorlu, onuncu yerdə Ceyms Klark qərarlaşıb.//Anspress
Şərhlər