Zəngin insanların özləri kimi də zəngin zövqləri olur. Belə ki, dünyada çox az insan bir avtomobil puluna tort sifariş edə bilər. Amma bunu edənlər var.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ingilis dizayner və qənnadçı Debbi Vinqham məhz belə inanılmaz dərəcədə zəngin insanların arzularını gerçəkləştirmək üçün sifarişlər alır. O, dünyanın ən bahalı tortlarından birinin müəllifidir. Həmin tortun dəyəri 48,5 milyon funt-sterlinqdir. (təxminən 114 milyon manat)
Debbi deyir ki, o, yalnız uşaqlar üçün tortlar hazırlayır, amma təcrübə göstərir ki, "uşaq sifarişləri" həmişə ən bahalıdır. Bu cür yeməklər sifariş verən uşaqlar, tamamilə fərqli bir dünyada, lüks və sərvət dünyasında yaşayırlar. Məsələn, dörd yaşlı bir qız üçün Debbi körpənin eskiz təsvirlərindən istifadə edərək bir tort hazırlamışdı. Mərasim Kambriya şəhərində beşulduzlu otellərin birində keçirilib.
Debbinin portfelində xaç mərasimi üçün də çox orijinal tortlar var. O, müştərilərindən birinin istəyi ilə açıla biləcək yumurta şəklində tort hazırlayıb. Tortun içərisinə çəhrayı rəngli almazdan istifadə edilmiş xaç şəklində bir bilərzik yerləşdirilib.
Bundan başqa çanta şəklində də tortlar hazırlayıb. Tort o qədər gerçək görünüb ki, hava limanında çantaların açılmasını tələb ediblər və Debbi aeroport işçilərini bunların gerçək çanta deyil, desert olduğuna inandırmaq məcburiyyətində qalıb.
Şərhlər