2020-ci ilin yanvar-sentyabr aylarında Şabran rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 390 min 161 manat olan 7 tender keçirilib.
Qaynarinfo fed.az-a istinadən xəbər verir ki, rayonda keçirilən tenderləri "Everest Tikinti" MMC və "Azərenerji Təchizat" MMC qazanblar.
Şabran rayon İcra Hakimiyyətinin ümumi məbləği 915 min 477 manat olan 4 tenderini "Everest Tikinti" MMC, Şabran Suvarma Sistemləri İdarəsinin ümumi məbləği 474 min 685 manat olan 3 tenderini isə "Azərenerji Təchizat" MMC qazanıb.
"Everest Tikinti" MMC 11 mart 2019-cu ildə 10 manat kapitalla Beyləqan rayonu, Beyləqan Ş, Əzizbəyov, ev 28-də qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Fərid Nüşrəvanlı İbrahim oğludur.
"Azərenerji Təchizat" MMC isə 26 noyabr 2019-cu ildə Quba rayonu, 2 Nügədi ünvanında qeydiyyata alınıb. Şirkətin kapitalı 10 manat, qanuni təmsilçisi Xəyal Qafurzadə Səlim oğludur.
FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Şabran rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.
Şərhlər