Xəbər lenti

Foto 18:33 01.02.2018

Bu şəhərdə avtobus pulsuz, maşın qadağandır (FOTOLAR)

Birləşmiş Ərəb Əmirlikləri 354 milyon dollar dəyərində şəhər inşa etməyə hazırlaşır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Diamond Developers" Dubayın 18 km məsafəsində inşasına başladığı layihəni 2019-cu ildə tamamlamağı planlaşdırır. 113 hektarı əhatə edən şəhərdə karbon-dioksidin miqdarının azaldılması əsas hədəflərdəndir. Plana əsasən, küçələrdə maşınlar qadağan ediləcək və ictimai nəqliyyatdan istifadəyə üstünlük veriləcək. Ənənəvi maşınlar əvəzinə elektriklə işləyən smart maşınlar, velosiped, at arabasından istifadə ediləcək. Şəhərdə benzin stansiyalarının yerində 250 şarj stansiyası var. Elektrikli ictimai nəqliyyat vasitəsinin pulsuz olduğu bu yerdə hər evin damında günəş panelləri yerləşdirilib. 

Tikintisi 2 hissədə həyata keçirilən şəhərdəki 2500 ağac hava kirliliyini azaltmağı hədəfləyir. 2015-ci ildə istifadəyə verilən ərazidə 500 villa, 89 bina, fermalar, ofislər, fitnes mərkəzləri, hovuzlar, at ferması var. İkinci mərhələdə bir məktəb, məscid, elm muzeyi, açıq hava klubu, ticarət mərkəzi inşa ediləcək. Şəhərdə daha az enerji istifadə edən otel də nəzərdə tutulub.

400 min nəfər üçün müəyyənləşdirilmiş yaşayış mərkəzində evlərin qiyməti 1 milyon dollardan başlayır. 

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?