Ukraynanın qərbində yerləşən Lviv şəhərində rus dili qadağan edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ictimai yerdə rusca mahnı oxumaq, dinləmək, rusca televiziya proqramları izləmək qadağandır. Növbəti dövrlərdə rusca danışmaq belə qadağan edilə bilər. Qanunun pozulduğu obyektlərin lisenziyası ləğv ediləcək, şəxslərə qarşı isə hüquqi prosesə start veriləcək.
Gələcəkdə qadağanın bütün Ukraynada tətbiqi gözlənilir.
Qeyd edək ki, Ukraynada daha əvvəl rus dilində təhsil qadağan edilib.
Gülşən
Şərhlər