Xəbər lenti

“Bu şəhərdə”nin konsertinə icazə verildi
Maqazin 20:38 23.01.2020

“Bu şəhərdə”nin konsertinə icazə verildi

"Bu şəhərdə”nin Sumqayıtdakı konsertinə icazə verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə komandanın "Instagram" səhifəsində paylaşım edilib.

Qeyd edək ki, ötən gün yayılan məlumatda konsertin təxirə salındığı bildirilmişdi. Buna səbəb isə "Bu şəhərdə” kollektivinin Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazılan məktuba cavab vermədiyi göstərilmişdi. Qarşı tərəf isə iddianı təkzib edərək, İcra Hakimiyyəti tərəfindən "Bu şəhərdə” üzvlərinə "yox” cavabının verilmədiyini qeyd etmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->