Türkiyənin Kanal D proqramında "serial qətliamı" davam edir.
Milli.Az AHT-yə istinadən bildirir ki, baş rollarda Ayça Bingöl, Mete Horozoğlu və İlker Kızmazın oynadıqları "Benim Adım Gültepe" serialının nümayişi yarımçıq dayandırılıb.
Serial daha öncə də dayandırılmış, amma tamaşaçıların çoxsaylı narazılıqlarına görə nümayişi davam etdirilmişdi.
Ümumiyyətlə isə türk teleserialları arasında bəzilərini acı sonluq gözləyir.
Show TV telekanalında göstərilən, baş rollarda Perran Kutman, Sezin Akbaşoğulları, Ahmet Rıfat Şungar və Avni Yalçının oynadıqları "Ah Neriman" teleserialının reytinqləri çox aşağıdır.
ATV telekanalında da durum eynidir. "Karadayı", "Kara Para aşk", "Bugünün Saraylısı", "Diğer Yarım", "Kaçak" teleseriallarını davam etdirən telekanal "Kalp Hırsızı", "Bugün Üç Arkadaş" və "Beyaz Karanfil" adlı yeni seriallar göstərməyə başlayıb. Gələn həftə "Kertenkele" nümayiş olunacaq.
"Kalp Hırsızı" və "Bugünün Saraylısı" teleseriallarının dayandırılması gözlənilir.
"Diğer Yarım" teleserialının da durumu çox pisdir.
Kanal D telekanalında "Bana Artık Hicran De" teleserialı 4-cü seriyada dayandırılıb. Reytinqi çox aşağı olan teleseriallar arasında "Hayat Yolunda da var.
Star TV telekanalına gəlincə, "Kurt Seyit və Şura"nın taleyi çox müəmmalıdır. "Aşktan Kaçılmaz", "Kadim Dostum" teleserialları ilə bağlı gələn həftənin sonunda qərar veriləcək.
Və ən nəhayət, TRT 1 telekanalında "Yedikule Hayat Yokuşu" və "HAyat Ağacı" teleseriallarının nümayişinə son verilməsi gözlənilir.
Qaynar.info
Şərhlər