Xəbər lenti

Bu şəxslər daha çox yalan informasiya paylaşır
Texnologiya 16:16 15.01.2019

Bu şəxslər daha çox yalan informasiya paylaşır

ABŞ-da yanlış informasiyalar əsasən yaşı 65-dən çox olan şəxslər tərəfindən paylaşılır.

Qaynarinfo xəbər verir ki, bu barədə Nyu York və Prinston Universitetləri tədqiqat həyata keçirib. Yaşı 65-dən çox olan şəxslər yalan informasiyaları paylaşmağa daha meyilli olurlar. Bunun səbəbi kimi yaşlıların sosial mediadan istifadəni yaxşı bacarmamaları göstərilib.
 
Sosial mediada paylaşılan məlumatlar insanların düşüncə və seçimlərinə ciddi təsir göstərir. Hazırkı ABŞ prezidenti Donald Trampın gözlənilmədən ölkə rəhbəri seçilməsində yalan xəbərlərin əhəmiyyətli rol oynadığı iddia edilir. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->