Siyasət 09:00 17.04.2021

Bu silahlar da Qənimətlər Parkında nümayiş etdirilməli idi... - Hərbi ekspert

"Hərbi Qənimətlər Parkında əgər əlimizdə vardısa, düşməndən götürülən və ya məhv edilən "Repellent" radioelektron mübarizə vasitələri, Tor-2 M, o cümlədən S-300 zenit-raket komplekslərinin maketlərinin də nümayiş olunması parkın tərtibatına xüsusi bir  rəng qata bilərdi”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert Qənimətlər Parkında Azərbaycan ordusunun vətən müharibəsində məhv etdiyi düşmən texnikalarının bütün assortmenti - həm zirehli, həm zirehsiz, həm nəqliyyat vasitələri, artillerya, reaktiv və hava hücumundan müdafiə sisteməri kompleksləri nümayış etdirilib:

"Qənimətlər Parkında Azərbaycan ordusunun vətən müharibəsində məhv etdiyi zirehli, nəqliyyat, artillerya sistemləri və düşmənin hava hücumundan müdafiə vasitələrinin kiçik bir qismi istisna olmaqla, demək olar ki, hamısı nümayiş etdilirilib. Və kifayət qədər konseptual baxımdan real bir mənzərə yaradılıb”.

Bahar Rüstəmli