Azərbaycanın paytaxtı Bakı "Z/Yen Group" analitik mərkəzinin hazırladığı "Qlobal maliyyə mərkəzləri indeksi"nə ("Global Financial Centres Index - 2018") daxil edilib.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, ilk dəfə olaraq siyahıya daxil edilən Bakının reytinqi 511-dir.
İndeksdə ilk yerdə London (794), ikinci Nyu-York (793), üçüncü sırada isə Honq Konq (781) qərarlaşıb. İlk beşliyi Sinqapur (765) və Tokio (749) tamamlayır.
MDB şəhərlərindən indeksə Almatı (519), Sankt Peterburq (531) və Moskva (555) da düşüb.
Şərhlər