Nazirlikdən açıqlama: Təhsil dayandırılır? (YENİLƏNİB/VİDEO)
Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağça, məktəb və universitetlərdə dərslərin dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Qaynarinfo-nun xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, belə xəbərlər həqiqəti əks etdirmir.
O deyib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: "Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".
13.20
Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
O, qeyd edib ki, koronavirusun yayılması səbəbindən martın 3-dən 9-dək bağçalar, məktəblər və universitetlər bağlı olacaq.
Bahar Rüstəmli