Siyasət 17:12 15.10.2021

"Bu terror əməli məqsədyönlü təxribatdır” - Politoloq

"Rusiya sülhməramlılarının himayəsindəki qanunsuz erməni hərbi dəstələri tərəfindən törədilən bu terror əməli məqsədyönlü təxribatdır”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Nəsimi Məmmədli qanunsuz erməni silahlı dəstələrinin oktyabrın 13-də Kəlbəcər istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanını atəşə tutması, ardınca oktyabrın 15-də Ağdərə istiqamətində bölmələrimizə qarşı terror-təxribat aktı törətməsinə münasibət bildirərkən deyib.

"Bu təxribatlar regionda vəziyyəti qəsdən gərginləşdirmək istəyən qüvvələrin işidir. Regionda əməkdaşlıq formatlarından kənarda qalan, Ermənistanın məğlubiyyətini həzm edə bilməyən qüvvələrin hələ də mövcud vəziyyətlə barışmaq niyyətində olmadıqlarının göstəricisidir. Azərbaycan ordusu hər bir əsgərimizin həyatına qarşılıq olaraq ən azı iki erməni terrorçusunu təcili gəbərtməlidir. Bu əməli üçüncü tərəf gərginlik yaratmaq üçün törətsə belə, cavabı kəskin verilməlidir” deyə politoloq əlavə edib.

Rüfət Sultan