Sakit okeanda aktiv olan tropik "Bud" qasırğası Meksikaya çatıb.
Qaynarinfo xəbər verir ki, dünəndən bəri Meksikada aktiv olan qasırğanın sürəti 125 km-ə çatıb. Lakin onun gücünü getdikcə itirdiyi bildirilir.
Qasırğa Meksikanın Baxa Kaliforniya əyalətinə doğru irəliləyir. "Bud" aktiv olduğu ərazilərdə güclü yağışla müşahidə edilir.
Qeyd edək ki, növbəti günlərdə "Bud"ın ABŞ-ın Texas, Kanzas, Kolorado, Nyu York, Qərbi Virciniya ərazilərində də müşahidə edilməsi gözlənilir.
Gülşən
Şərhlər