Xəbər lenti

Bülənt Ərsoya 100 minlik üzük bağışlayan azərbaycanlı xanımın kimliyi bilindi (FOTOLAR)
Foto 16:54 28.01.2020

Bülənt Ərsoya 100 minlik üzük bağışlayan azərbaycanlı xanımın kimliyi bilindi (FOTOLAR)

Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Nigar Məmmədova Azərbaycandakı şirkətlərdən birinin sahibidir.

Türk mediasında B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.

Məsələ ilə bağlı danışan Nigar Məmmədova zinət əşyasının qiyməti barədə məlumat verməyib:

"Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, N.Məmmədovanın B.Ərsoya hədiyyə etdiyi üzük brilyant və sapfirdən ibarət olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->