Sağlamlıq 22:01 23.10.2020

"Bundan ağır xəstələrin müalicəsində istifadə oluna bilər"

"İstənilən xəstəliyi keçirəndən sonra bədənimizdə ona qarşı immunitet yaranır. COVİD-19–u keçirən şəxslərin qanından zərdab alınır və onun içərisindəki virusa qarşı anticisizimlər var, ona görə də ağır xəstələrin xəstəliyi keçirməsini asanlaşdırır”. 

Qaynarinfo xəbər verir ki, bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib.

O bildirib ki, xəstəliyi keçirən şəxslərin qanından alınan zərdabdan ağır xəstələrin müalicəsində istifadə oluna bilər: "Bu çoxdan tətbiq olunub, Azərbaycanda da aparılır”.