Dünya 19:12 02.12.2021

Bundan sonra ölüm vaxtını 10 il qabaqdan bilmək mümkün olacaq – Kəşf

Alman alimləri 83% ehtimalla ölümü proqnozlaşdırmağı mümkün edən texnologiya hazırlayıblar. 

Qaynarinfo "Daily Mail”ə istinadla xəbər verir ki, söhbət insanın yaxın 10 il ərzində öləcəyini müəyyən etməyə imkan verən qandakı xüsusi biomarkerlərdən gedir.

Mütəxəssislər təcrübə üçün yaşı 18-109 arasında olan 44 mindən çox avropalı insandan qan nümunələri götürüblər. Onlardan 5512 iştirakçı tədqiqat zamanı dünyasını dəyişib. Tədqiqat zamanı alimlər immunitet, qanda qlükoza səviyyəsi, bədən piyi, iltihab və s. ilə əlaqəli 14 metabolik markerləri müəyyən edə biliblər.

Bu biomarkerlər bir testdə birləşdirilib və bədən kütləsi indeksi, xolesterol səviyyələri, qan təzyiqi, pis vərdişlər, xərçəng və ya ürək-damar xəstəlikləri kimi ümumi amillərlə müqayisə edilib. Nəticədə test iştirakçıların ölüm riskini 83% dəqiqliklə proqnozlaşdırıb.
 
Alpər