Fatih Tekke ilə yolları ayıran "Bursaspor"da baş məşqçi postuna namizədlərdən biri açıqlanıb.
Qaynarinfo "Bursaspordabugün"ə istinadən xəbər verir ki, klub Tamer Tuna ilə anlaşıb. 18 il öncə futbolçu kimi "Bursaspor"la müqaviə bağlamış Tuna yenidən "Timsahlar"ın üzvü olacaq. Mənbənin məlumatına görə böyük ehtimalla Tuna baş məşqçi postuna gətiriləcək. Yaxın günlərdə yeni baş məşqçinin adının açıqlanacağı gözlənilir.
45 yaşlı mütəxəssis 2003-2004-cü illərdə Georgi Hacının rəhbərliyi altında "Bursaspor"da forma geyinib.
Millimizin üzvü Namik Ələskərov da "Bursaspor"un formasını geyinir. O yay transfer dönəmində "Neftçi"dən Türkiyə klubuna keçib.
Səbuhi Həsənov
Şərhlər