Xəbər lenti

Burundili atletdən dünya rekordu
İdman 12:29 15.09.2021

Burundili atletdən dünya rekordu

Burundili atlet Fransin Niyonsaba Xorvatiyada keçirilən qadınlar arasında iki min metr məsafəyə qaçışda dünya rekordu qırıb.

Qaynarinfo xəbər verir ki, atlet Zaqrebdə təşkil olunan yarışı 5 dəqiqə 21 saniyəyə bitirib. Niyonsaba bununla da 2017-ci ildə dünya rekordçusu olmuş efiopiyalı Genzebe Dibabanın göstəricisini 2 saniyə üstələyib. Dünya çempionatı və olimpiadalarda gümüş nedal qazanan Niyonsaba, testosteron hormonu yüksək olduğu üçün 400-1600 metr məsafə üzrə keçirilən yarışlara qatılması məhdudlaşdırılan idmançılar sırasındadır.

Dünya Atletika Birliyinin çıxardığı mübahisəli qərara əsasən testosteron hormonu normadan yüksək olan qadın idmançılar, dərman vasitəsilə hormon dəyərlərinin azaltdıqdan sonra 400-1600 metr məsafə üzrə yarışlara qatıla bilərlər. Aralarında Cənubi Afrikalı məşhur atlet Kaster Semenya da olan bir çox idmançı bu qayda dəyişikliyi səbəbindən qısa məsafədən marafon yarışlarına keçmək məcburiyyətində qalmışdı. Semenya isə bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->