Serverin satışından əldə olunacaq gəlir xeyriyyə məqsədləri ilə xərclənəcəkQalmaqallı Wikiliks saytı satışa çıxarılıb. Hazırda saytın qiyməti 20 min dollar təşkil edir.
Wikiliks saytı rəsmi olaraq 2007-ci ildə istifadəyə verilib. Onun tərtibatçısı avstraliyalı Culian Assancdır. Saytda dərc olunan məlumata əsasən Wikiliks xidmətinin məgsədi vacib xəbərlər və məlumatların içtimayyətə çatdırılmasıdır.
Sayt bu günə gədər 100 minlərlə xidməti sənəd yayımlayıb. İnternet-hərraca çıxarılan saytın təsvirində deyilir: “Bütün Dünyanı dəyişən sayt hərraca çıxarılıb! Bu sərt disklərlə təchiz edilən hazır web-serverdir. Onu işə salıb dərhal istifadəyə vermək olar. O Wikiliks saytından başqa heç bir müştəri tərəfindən istifadə olunmayıb”.
Satışa çıxarılan məhsulun sahibləri öz sözlərini təsdiqləmək üçün Assancın imzası olan sənədi nümayış etməyə hazırdırlar.
BahnHof şirkətinin baş direktoru Con Karlungun sözlərinə görə serverin satışından əldə olunacaq gəlir xeyriyyə məqsədləri ilə xərclənəcək. İlk əvvəl Lotun dəyəri bir dollar təşkil edirdisə hazırda saytın qiyməti 20 min dollara yaxınlaşır. Hərrac 8 gün davam edəcək.
ANS TV
Şərhlər