Xəbər lenti

İsrail İranın iki mərmisinin Qəzza yaxınlığında düşdüyünü etiraf edib (YENİLƏNİB)
Dünya 12:08 14.06.2025

İsrail İranın iki mərmisinin Qəzza yaxınlığında düşdüyünü etiraf edib (YENİLƏNİB)

İsrail Müdafiə Qüvvələri (İMQ) iki İran PUA-sının ölkənin hava hücumundan müdafiə sistemlərini yara bildiyinə dair məlumatı təsdiqləyib.

"Report"un ordunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki mərmi Qəzza sektoru ilə sərhəd bölgəsinə düşüb.

Mərmilərin açıq əraziyə düşdüyü bildirilir. Xəsarət alan olmayıb. 
 
11:30 

İranın "Arash” tipli kamikadze dronları İsraildə bir sıra hədəfləri vurub.

"Report” xəbər verir ki, bu barədə "Nour News” agentliyi məlumat yayıb.

Daha əvvəl İsrail ordusu İrana məxsus PUA-ların aşkarlanması ilə əlaqədar plkənin şimalında bir sıra bölgələrdə hava hücumu həyəcanı xəbərdarlığı elan etmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->