Alimlərin araşdırmalarına əsasən Qrenlandiyanın buz təbəqələrinin ərimə tempi ötən əsrin ortalaması ilə müqayisədə 33 dəfə artıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu proses belə sürətlə davam edəcəyi təqdirdə dəniz suyunun səviyyəsi 7 metrə qədər arta bilər.
Alimlərin fikrincə bu, baş versə dünyanın sahil yaxınlığında yerləşən 10 böyük şəhərindən 8-i su altında qalacaq.
NASA tədqiqatçılarının araşdırmalarına görə, Antarktidan sonra ən çox buz kütləsinə sahib olan Qrenlandiya adasındakı ərimə hər il okenlarda su səviyyəsinin 0,8 mm artmasına səbəb olur.
Qeyd edək ki, buna səbəb qlobal istiləşmədir. Ərimənin sürəti 1800-cü illərin ortalarından etibarən artmağa başlayıb və son 350 ilin ən yüksək göstəricisi 2012-ci ildə müşahidə olunub.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər