Dünya 12:32 28.05.2020

Böyük Britaniyada ilk dəfə hicablı qadın hakim təyin edildi

Böyük Britaniyada 40 yaşlı Raffia Ərşad adlı hicab bağlayan müsəlman qadın Midlends bölgəsinə hakim təyin edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hicablı bir qadın hakim seçilməsi ölkə tarixində bir ilkdir. Raffia bu təyinatla insanların beynindəki hakim görüntüsü streotipini dağıtdığını bildirib:

"Nəyə bənzədiyinizdən narahat olmayın. Qəliblərə uyğun olub olmamağınıza görə sıxılmayın. O qəlibləri qırın və ehtiyacınız olanı əldə edin".

Camal