Xəbər lenti

Böyük şagird-tələbə ordusu təhsildən məhrum olub – Təhsil eksperti
Ölkə 14:58 13.01.2021

Böyük şagird-tələbə ordusu təhsildən məhrum olub – Təhsil eksperti

"Mart ayında Azərbaycanda tədris prosesi bərpa edilə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyil. Onun sözlərinə görə, buna səbəb son 3 həftə ərzində yoluxma sayının azalmasıdır:

"Orta ümümtəhsil məktəblərində dərslərin başlaması zəruru hala çevirilib. Çünki orta ümümtəhsil məktəbləri, ibtidai sinif şagirdləri pandemiya dövründə tələb edilən bilik və bacarıqlara yiyələnə bilmədi. Onların informasiya əldə edilməsində ciddi problem yaranıb. Artıq dünyada tədris prosesinin bərpa edilməsi başlanılıb. Qardaş Türkiyə konkret olaraq mövqeyini ortaya qoyub. Çünki çox ciddi şəkildə valideyn və şagirdlərdən narazılıqlar var ki, onlar informasiya əldə etməkdə çətinlik çəkirlər. Azərbaycan prezidenti də son çıxışlarında bildirib ki, vaksinasiya prosesindən sonra normal həyata qayıda bilərik".

Kamran Əliyev qeyd edib ki, pandemiya dövründə yaşayış qaydaları müəyyənləşib:

"İnsanlar sosial qaydalara əməl edirlər. Ona görə düşünürəm ki, tədris prosesi başlana bilər. Şagirdlərin çoxunun internetə çıxışı yoxdur. Məhz bu səbəbdən böyük şagird-tələbə ordusu təhsildən məhrum olub. Vaksinasiya prosesindən sonra Azərbaycanda tədrisin bərpası gözlənilir və biz buna ümüd edirik. Lakin bu o demək deyil ki, birdən-birə bütün siniflər üzrə tədris prosesi bərpa ediləcək. Burada mərhələli şəkildə, hibrid formada tədrisə əməl olunacaq".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->