Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı 99 yaşında vəfat edib

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı 99 yaşında vəfat edib

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhər sakini, 99 yaşlı Baba Əliyev bu gün vəfat edib.

Qeyd edək ki, B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub.

O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR