Nurlan İbrahimov

Blogger
Yazılar
1
Böyük xalqlar hər zaman dövləti naminə bütünləşməyi bacaranlardı

Böyük xalqlar hər zaman dövləti naminə bütünləşməyi bacaranlardı

Nurlan İbrahimov
"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri
 
Nəhayət, sözügedən debata başdan-ayağa baxa bildim.

Birbaşa:

Dil: Dil öyrənirsinizsə mükəmməl öyrənin - Kamil palançılıq, yalançı papaqçı məsələsi. Paşinyanın diplomatik səviyyədə olmayan kolloqvual dil biliklərini cəsarət kimi qiymətləndirməkdənsə, Azərbaycan prezidentinin literal dil bilgisini və nitq diqtəsiylə debatdakı mümkün polemik məsələlərin hamısını 2-ci plana atdığını vurğulamaq lazımdı. Təbii ki, panel iştirakçıları onlara dillə dəqiq çatdırılanlara inanmalıdı (inanmaq istəyəcəklər ya yox bu başqa məsələdi).

Erudisiya: Şaumyan məsələsində anında müdaxilə, Naxçıvan məsələsində İrəvanın 75 faizi məsələsində əks-zərbə, Xankəndi adının izahı Azərbaycan prezidentinin rəqibini obrazlı desək "bağlaması" idi. Müqəddərat məsələsindəki ehyamı da unutmamaq lazımdı.

Bədən dili: Əslində bu məsələ dil və erudisiya tamamlanmalı məsələdi. Paşinyan obrazı xalqın içindən çıxmış qəhrəman siluetiylə bədən dilindən daha yaxşı istifadə etməli idi. Amma Azərbaycan prezidentinin suallara dərhal cavab verilməsi, qeydlərin kağıza deyil birbaşa yazılması da vizual olaraq müzakirədə leyhimizə olan nüanslar idi. Məhz Azərbaycan prezidetinin anında promptları, Yerevan məsələsini incə yumor, təbbəssüm və notla vurğulaması Paşinyanın ənənəvi Tiqran sərsəmləməsini gülüşlə qarşılanmağına səbəb oldu.

Xülasə: Fərdi personaların dövlətləri təmsil etdiyini nəzərə alsaq, əlbəttə debatda iştirak, daha çox suala anındaca cavab verilməsi, incə promptlar və sadaladığım amillər uzun illər geridə qaldığımız beynəlxalq mübarizədə xeyrimizə atılmış ciddi adımdı. Final fitindən sonrakı yaranmış atmosfer bunun bariz göstəricisi idi.

Nəticə: Paşinyanın da dediyi kimi, bu məsələ 1-2 addımda həll olunacaq deyil. Və məncə addım(lar)la həll olunacaq məsələ deyil. Ermənilər və Ermənistan eramızdan əvvələ gedən və az qala Roma imperiyasına iddialıdılarsa, bunu beyninlərindən addımlarla çıxaracaq deyillər.

Haşiyə: mükəmməl ingilis, fransız, alman və s dilləri öyrənmək lazımdı. Kolloqvual rus diliylə maksimum rus jurnalistin ingiliscə sualına Paşinyan kimi tərcüməylə anlayacağıq.

Zəruri qeyd: Böyük xalqlar hər zaman dövləti naminə bütünləşməyi bacaranlardı. Adicə Romada kilsədəki avanturizmə Paşinyanın açıqlamalarından sonra bütün dünyadakı erməniləri Nikolu erməni xalqının qəhrəmanı kimi mədh edirdilər. Əslində Romadan Münhenə daha geniş çərçivədə məsələni öz xeyrimizə çevirə bilərik. Ən azından bu məsələdə dövlət maraqlarını qorumalıyıq.

OXŞAR XƏBƏRLƏR