Üç gündə 12 kənd azad edildi, 342 terrorçu öldürüldü -

Üç gündə 12 kənd azad edildi, 342 terrorçu öldürüldü - "Barış pınarı"

Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizinin yox etmək, bölgəyə sülh və dinclik gətirmək məqsədiylə Türk Silahlı Qvvələrinin Suriyanın şimalında YPG/PKK, İŞİD terror təşkilatlarına qarşı başladılan və Suriya Milli Ordusu (SMO) tərəfindən dəstəklənən "Barış pınarı” əməliyyatı davam edir.

Qaynarinfo xəbər verir ki, Suriya-Türkiyə sərhədindəki Rasulayn mahalının qərbində yerləşən Tel Xələf kəndi terroristlərdən azad edilib.

Tel Abyaddakı El Yabse, Tel Fander, Müşeyrfe, Dedat, Bir Aşık, Həmidiye, Berzan, Cüdeyde və Gısas kəndi, eləcə də Rəsulayndakı Kişto və Aşağı Kişto kəndləri dünən YPG/PKK terrorçularından təmizlənib.

Beləliklə, əməliyyatın üçüncü günündə 12 kənd YPG/PKK işğalından xilas edilib, 342 terrorçu zərərsizləşdirilib.

SMO kəndlərdə təhlükəsizlik tədbirləri görür və axtarış işləri aparır.

Alpər
XƏBƏRLƏR
BLOGLAR