Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstanın Nur-Sultan şəhərində tutularaq şöbəyə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun məlumatına görə, S.Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olmaqla, 2016-cı ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evinə qanunsuz daxil olaraq evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıqlar oğurlamaqla zərərçəkmişlərə külli miqdarda maddi ziyan vurublar.
Bundan əlavə, törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibinin evdə olduğunu görən dəstə üzvləri qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küli miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.
Qeyd edək ki, cinayətkar dəstənin dörd üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar.
Şərhlər