Canlı oxumaq istəməyən Sevda Elgizlə dalaşıb verilişi tərk etdi (VİDEO)
ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonaqları müğənni İzzət Bağırov və Sevda Sanaliyeva olub.
Qaynarinfo xəbər verir ki, proqramın aparıcısı Elgiz Əkbər sənətçiləri canlı ifa etmək üçün səhnəyə dəvət edib.
Dəvətin ardından İzzət Bağırov səhnəyə çıxsa da, Sevda Sanaliyeva canlı ifa etməkdən imtina edərək aparıcı ilə mübahisə edib. Daha sonra əsəbiləşən müğənni anidən efiri tərk edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər