Xəbər lenti

Millinin külli miqdarda narkotiklə yaxalanan futbolçusu həbs cəzası aldı
Dünya 17:17 24.09.2024

Millinin külli miqdarda narkotiklə yaxalanan futbolçusu həbs cəzası aldı

Rusiya millisinin keçmiş futbolçusu Aleksey Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə cəzasını ciddi rejimli koloniyada çəkməklə 9,5 il həbs cəza alıb. Krasnodarın Prikubanski Rayon Məhkəməsinin saytında Buqayevin kartotekasında onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 5-ci hissəsi ilə (külli miqdarda "narkotik vasitələrin qanunsuz istehsalı, satışı və ya ötürülməsi") ittiham olunduğu qeyd olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The İnsider” məlumat yayıb.

Məhkəmənin hökmünə əsasən, ötən ilin oktyabrında Buqayev 494,8 qram narkotik maddənin olduğu yerin koordinatları ilə mesaj alıb. İstintaq zamanı o, narkotik maddə satmaq niyyətində olmadığını, sadəcə olaraq "ona bunu təklif edən şəxsləri ifşa etməkdə polisə kömək etmək” istədiyini bildirsə də, sonradan günahını tamamilə etiraf edib.

"Shot” Teleqram kanalın məlumatına görə, Buqayev istintaq təcridxanasında bir sutkadan sonra istintaqla sövdələşib. O, peşəkar futboldan ayrıldıqdan sonra ailəsində maddi sıxıntılar yaşamağa başladığını və bunun onu bu addımı atmağa sövq etdiyini bildirib.

Buqayevin 43 yaşı var, o, Moskva "Torpedo"su və "Lokomotiv"də çıxış edib, son klubu "Krasnodar" olub. O, Rusiya millisində 7 oyun keçirib və 29 yaşında karyerasını bitirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->