Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Bu barədə lent.az-a Palatadan məlumat verilib. Kollegiya iclasında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda Fındıxlı çayı üzərində körpünün yenidən qurulmasına, Goran-Naftalan avtomobil yolunun əsaslı təmirinə və Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci km-də Çolpan çayı üzərində körpünün tikintisinə, Hacıqabul Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin, həmçinin Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb.
Xatırladaq ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri millət vəkili Cavid Qurbanovdur.
Qaynar.info
Şərhlər